Uimbldon turnirinin təşkilatçıları xüsusi dəvət göndərəcəkləri tennisçilərin siyahısını açıqlayıblar. Bu siyahıda kişi və qadınlardan hərəyə 8 tennisçi var.
Dəvət reytinqə görə turnirə vəsiqə qazana bilməyən idmançılara verilir. Hələlik 3 nəfərin adı dəqiqləşməsə də, dəvət alan digər tennisçilər məlumdur.
Kişilər:
Qriqor Dimitrov (Bolqarıstan);
Sten Vavrinka (İsveçrə);
Tobi Samuel (Böyük Britaniya);
Cek Pinninqton-Cons (Böyük Britaniya);
Artur Feri (Böyük Britaniya);
Ceykob Fernli (Böyük Britaniya);
+ iki yer.
Qadınlar:
Maya Xvalinska (Polşa);
Mimi Xu (Böyük Britaniya);
Keti Svan (Böyük Britaniya);
Mika Stoysavljeviç (Böyük Britaniya);
Hanna Kluqman (Böyük Britaniya);
Alisiya Dadni (Böyük Britaniya);
Harriet Dart (Böyük Britaniya);
+ bir yer.
Turnirə bu ayın sonunda start veriləcək. Keçən il Londonda italiyalı Yannik Sinner və polşalı İqa Şvyontek çempion olublar.






