UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”a rəqib olan Uels klubu TNS püşkatmanın nəticəsindən məmnun deyil.

Futbolinfo.az xəbər verir ki, Britaniya mətbuatı bunu iki ölkə arasındakı uzun məsafə ilə əlaqələndirib.

Bildirilib ki, ardıcıl 5-ci, ümumilikdə isə rekord sayda – 18-ci dəfə Uels çempionu olan TNS ilk çempionluğunu qazanan “Sabah”ın gücündən çox yorucu yolçuluqdan narahatdır: “Düzdür, “Sabah” bu mövsüm Azərbaycanda “Qarabağ”ın hegemonluğuna son qoydu. Lakin bu komandanın böyük avrokubok təcrübəsi yoxdur. Lakin əvvəlcə Azərbaycana səfər etmək və ardından uzun yolu qayıdaraq evdə rəqiblə qarşılaşmaq çətinlik yarada bilər”.

Qeyd edək ki, “Sabah” TNS-lə ilk oyununu iyulun 7-də və ya 8-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.

Shares: