Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun keçmiş məşqçisi Xəlil Ben Yusef komandanın müdafiəçisi Eyden Makkartinin “Sabah”a transferini dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, tunisli mütəxəssisin fikrincə, bu keçid 22 yaşlı müdafiəçi üçün müsbət, “Kayzer Çifs” üçün isə mənfi haldır.
Məşqçi hesab edir ki, mərkəz müdafiəçisi “Sabah”ın heyətində avrokuboklarda iştirak etməklə daha da inkişaf edəcək. Lakin “Kayzer Çifs” onun kimi oyunçu tapa bilməyəcək: “Ayden ötən mövsüm oyunların 70 faizindən çoxunda iştirak etdi və komandanın ən yaxşı müdafiəçilərindən oldu. Klub indi onun kimi müdafiəçini itirdi. Eydeni əvəzləmək asan olmayacaq. Məncə, futbolçunun “Kayzer Çifs”dən ayrılmasının səbəblərindən biri də komandanın heyətinin xeyli zəifləməsi və rəqabətə davamlı kollektivin olmamasıdır”.
Qeyd edək ki, Eyden Makkarti “Sabah”la 3+1 illik müqavilə bağlayıb.






