Dünya Çempionatında 2 qrupda ikinci turun oyunları yekunlaşıb. Nəticədə pley-offa vəsiqə qazanan komandalardan birinin adına erkən aydınlıq gəlib.
Gecə matçlarında hər iki meydn sahibi top buraxmadan qalib gəlib. Kanada Tunisi darmadağın edərək istəyinə çatıbsa, Meksikaya bir qol bəs edib. Cənubi Koreya üzərində qələbə meksikalıları 1/16 finala yüksəldib.
A qrupu
Meksika – Cənubi Koreya 1:0
Qol: Luis Romo, 50.
B qrupu
Kanada – Qətər 6:0
Qollar: Kayn Larin, 16. Conatan David, 28; 45+3; 90+2. Natan Saliba, 64. Mohammad Əl-Mannai, 75-avtoqol.








