İsveçrə millisi Bosniya və Herseqovina ilə matçda qələbəyə layiq olduğunu göstərib.

Futbolinfo.az xəbər verir ki, bunu İsveçrə yığmasının baş məşqçisi Murat Yakin DÇ-2026-nın qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis komandasının oyuna düzgün yanaşdığını bildirib:

“Matç ərzində meydanda enerjini yüksək səviyyədə saxlamaq bizim əsas planımız idi. Dəyişikliklər zamanı sürətli futbolçuları meydana buraxaraq rəqibə təzyiq göstərmək istədik və bu, öz nəticəsini verdi. Oyunun son hissəsində üstünlüyü tam ələ aldıq və qələbəyə layiq olduğumuzu göstərdik”.

Qeyd edək ki, İsveçrə Bosniya və Herseqovina millisini 4:1 hesabı ilə məğlub edib.

Shares: