Mövsümün sonunda “Neftçi”dən ayrılan Edvin Kuçun yeni klubu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabiq komandası olan “Balkani”yə qayıdıb.

Bu barədə Kosovo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kuç ilə 1 illik müqavilə imzalanıb.

2019-2024-cü illərdə də “Balkani”də çıxış edən Edvin Kuç komandanın kapitanı və liderlərindən olub. O, “Balakani”i lə 3 dəfə çempionluq yaşayıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2024-cü ilin avqustundan bu ilin mayına qədər “Neftçi”də oynayıb

Shares: