“Qarabağ”dan ayrılan Amin Ramazanov özünə yeni klub tapıb.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 23 yaşlı qapıçı karyerasını Azərbaycandan kənarda davam etdirəcək. Hazırda klubunun adı açıqlanmasa da, Ramazanovun yeni komandası ilə təlim-məşq toplanışında olduğu dəqiqdir.
Transferin yaxın bir neçə gün ərzində rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Amin Ramazanov 2021-ci ildən “Qarabağ”ın formasını geyinirdi.
