İsveçrə yığmasının yarımmüdafiəçisi Yoan Manzambi Əlcəzairə qarşı keçirilən DÇ-2026-nın 1/16 final oyununda (2:0) məhsuldar ötürmə edərək turnirin tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu tarixdə bir dünya çempionatında 5 məhsuldar hərəkətlə yadda qalan ən gənc oyunçu olub.

Onun hesabında artıq 3 qol və 2 məhsuldar ötürmə var.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalına vəsiqə qazanan İsveçrə yığması bu mərhələdə Kolumbiya – Qana matçının qalibi ilə qarşılaşacaq.

Shares: