Yeni mövsüm öncəsi heyətində ciddi dəyişikliklərə imza atan “Araz-Naxçıvan” daha bir futbolçusunun gələcəyinə aydınlıq gətirib.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqa təmsilçisi braziliyalı müdafiəçi Bruno Franko ilə 1 illik yeni müqavilə imzalayıb.
27 yaşlı futbolçuya bir neçə klubdan təklif gəlsə də, tərəflər maliyyə məsələlərində razılığa gələ bilməyiblər. Daha əvvəl İsrailin “Hapoel” (Tel-Əviv) və Türkiyə I Liqa təmsilçisi “Iğdır” Bruno Frankonu transfer etmək istəyirdi.
Qeyd edək ki, Bruno Franko 2025-ci ilin yayından “Araz-Naxçıvan”ın formasını geyinir.
