2025-2028-ci illəri əhatə edən Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçiriləcək “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışlara həsr olunmuş məlumatlandırma sessiyası təşkil edilib.

Tədbirdə AFFA və BFF rəsmiləri, Bayıl stadionunun, komandaların nümayəndələri, məşqçiləri iştirak ediblər.

Sessiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sessiyada məlumat xarakterli video-çarxın nümayişindən sonra Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov “Sabahın Ulduzları” Bakı Kubokunun futbolun inkişafı, gənc futbolçuların yarış təcrübəsinin artırılması və perspektivli istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, eyni zamanda bu yarışların 2026-cı ildə Azərbaycanda keçiriləcək U-15 Dünya çempionatı və festivalına bu yaş qrupu üzrə Milli komandanın formalaşdırılması üçün seleksiya xarakteri daşıyacağını vurğulayıb. “Sabahın Ulduzları” layihəsinin rəhbəri yarışların “CBC Sport” kanalında canlı yayımlanmasının yeniyetmə futbolçuların məsuliyyətini və ümumi marağı artıracağını bildirib, bütün oyunların BFF vasitəsilə sosial platformlarda göstəriləcəyini diqqətə çatdırıb.

Daha sonra AFFA-nın texniki direktorunun köməkçisi Ramiz Kərimov gənc futbolçuların inkişafında məşqçilərin rolundan, təlim-məşq prosesinin keyfiyyətinin artırılmasının vacibliyindən və yaş qruplarında futbolun inkişaf perspektivlərindən danışaraq U-15 Dünya çempionatına hazlığın əhəmiyyətini xüsusi qeyd edib.

AFFA Hakimlər Komitəsinin hakim-mütəxəssisi Orxan Məmmədov “Sabahın Ulduzları” yarışlarında oyunlara 4 hakimin cəlb ediləcəyini, ədalət təmsilçilərinin idarəçiliyinin hakim-inspektorlar tərəfindən qiymətləndiriləcəyini xüsusi qeyd edərək son illərdə belə yanaşmanın uşaq, yeniyetmə və gənclər futbolunda ilk dəfə olduğunu, AFFA Hakimlər Komitəsi və BFF tərəfindən oyunların nəzəri təhlilinin keçiriləcəyinə müsbət yanaşdığını bildirib.

AFFA Oyunların Təşkili Departamentinin nümayəndəsi, Könüllülər Proqramının koordinatoru və BFF-nin departament rəhbəri Fərid Nağdaliyev yarışın əsasnaməsi, formatı, oyunların təşkili, iştirakçıların hüquq və vəzifələri, eləcə də təşkilati məsələlərlə bağlı ətraflı təqdimat edib.

Bayıl stadionunun nümayəndəsi Paşa Məmmədov arenanın yenidən əsaslı təmiri ilə bağlı iştirakçıları məlumatlandırıb, “Sabahın Ulduzları” yarışlarının təşkilində əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Tədbirin sonunda məşqçilər və klub nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Yarışın əsasnaməsi, təşkilati məsələlər və oyuanların keçirilməsi ilə bağlı suallar AFFA və BFF rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarış U-14 və U-15 yaş qrupları üzrə təşkil olunacaq. Hər yaş qrupunda 12 komanda iştirak edəcək və oyunlar avqust-sentyabr aylarında keçiriləcək.

de2e2f34 fcae 44d3 8dad 47056e5acee4 - Futbolinfo.az
be2431ed 26fe 4c46 9d79 231d623450d0 - Futbolinfo.az
b6364616 b8c7 4198 96cc 94df0c23423f - Futbolinfo.az
b27e7eb7 5069 4e5c 852a 61ea4b1fff2a - Futbolinfo.az
b8e8e7b0 e860 47e8 b4e1 f8ada017e42d - Futbolinfo.az
b3af684f 5e0c 43a5 a6a1 58e016097a10 - Futbolinfo.az
94739830 adbe 47f7 9462 469339bbb51a - Futbolinfo.az
124beb1a a7da 46a4 bf43 d7966f05c25e - Futbolinfo.az
9fa4a082 e918 4b17 9b98 54ba651c88c6 - Futbolinfo.az
4eb12673 8c64 4ab6 b877 1d8fe6c649c2 - Futbolinfo.az
Shares: