Norveç millisinin baş məşqçisi Stole Solbakken razıdır. O, Braziliya seçməsinə qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyununda hər şeyi düz etdiklərn düşünür.
Təcrübəli mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib: “Məncə, Norveç vətəndaşı olan hər kəs bu axşamdan zövq ala bilər. Bu, əsl dramatik oyun idi. Hər iki tərəf qələbə qazana bilərdi. Amma biz möhkəm və taktiki cəhətdən düzgün oyun göstərdik. Bir neçə top itkimiz oldu ki, bu da bizə baha başa gələ bilərdi. Lakin ümumilikdə nəticə xeyrimizə oldu və bununla çox qürur duymalıyıq”.
Qeyd edək ki, Norveç millisi 1/4 finalda İngiltərə ilə üz-üzə gələcək.
