“Sumqayıt”dan ayrılan Aleksandr Ramalinqomun yeni klubu məlum olub.

Futbolinfo.az xəbər verir ki, hücumçu İndoneziya təmsilçisi “Persita”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ötən mövsüm “Sumqayıt”la 34 oyunda 12 qol vurub. Onun klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Ramalinqom daha öncə ölkəmizdə “Səbail”in də formasını geyinib.

Shares: