“Karvan Yevlax” yeni baş məşqçisini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

I Liqa klubu Ramiz Məmmədovla anlaşıb.

Xatırladaq ki, 57 yaşlı mütəxəssis ötən mövsüm “Mingəçevir”də baş məşqçi postunu tutub.

Ramiz Məmmədovun “Mingəçevir”i “Karvan-Yevlax”a dəyişəcəyi barədə ilk xəbəri Futbolinfo.az hələ ötən ayın sonu yazmışdı.

Shares: