“Qarabağ”dan ayrılaraq Şotlandiyanın “Seltik” klubuna keçən Kamilo Duran Ağdam klubu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesablarında bunları qeyd edib:

“Burada olduğum müddətdə mənə göstərdiyiniz sevgi və hörmətə görə “Qarabağ”dakı hər kəsə və bütün azarkeşlərə təşəkkür etmək istəyirəm.

​Bu şəhərdə gözəl xatirələr qazandım və özümü hər zaman evimdəki kimi hiss etdim. Birlikdə paylaşdığımız bütün anlara görə komanda yoldaşlarıma, məşqçilərimə və klubun pərdəarxasında əməyi keçən hər kəsə təşəkkür edirəm.

​İndi yollarımızın ayrılma vaxtıdır, lakin mən buradan qəlbimdə sonsuz bir minnətdarlıq hissi ilə ayrılıram. Bu formanı geyinmək və belə böyük bir klubun parçası olmaq fürsətini mənə bəxş etdiyi üçün Tanrıya şükür edirəm.

​”Qarabağ”a gələcəkdə yalnız uğurlar və daha çox kuboklar arzulayıram. Sizin qəlbimdə hər zaman xüsusi bir yeriniz olacaq.

​Hər şey üçün təşəkkürlər!”

Shares: