Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 16-da keçiriləcək “Hamrun” (Malta) – “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.

Shares: