İnternetdə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılması tələbi ilə petisiya yaradılıb. Petisiyanın müəllifləri bildiriblər ki, sənədi indiyədək 3 milyondan çox insan imzalayıb.
Petisiyada qeyd olunub: “Aydındır ki, FIFA və hakimlər Lionel Messi ilə Argentina millisinə qərəzli şəkildə üstünlük verirlər. Qalib əvvəlcədən bəllidirsə, digər komandalar niyə ümumiyyətlə iştirak etsin? Argentinanı dünya çempionatından kənarlaşdırın və qalan komandaların hamısına ədalətli şans verin!”
Xatırladaq ki, Argentina millisi dünya çempionatının 1/4 finalında İsveçrəni 3:1 hesabı ilə məğlub edib. Komanda yarımfinalda İngiltərə yığması ilə qarşılaşacaq.
