“Barselona” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
“Eurohoops” nəşrinin yaydığı məlumata görə, Kataloniya klubu Aleksander Sekuliçlə razılığa gəlib. 48 yaşlı sloveniyalı mütəxəssis yaxın günlərdə komandanın baş məşqçisi vəzifəsinə təyin olunacaq.
Sekuliç son olaraq BƏƏ-nin “Dubai” klubunu çalışdırıb və komandanı Adriatik Liqasının çempionu edib. O, daha əvvəl VTB Birləşmiş Liqasında “Lokomotiv-Kuban” və “Zenit”ə rəhbərlik edib. Sloveniyalı mütəxəssis 2020-ci ildən etibarən Sloveniya millisinin də baş məşqçisidir.
Qeyd edək ki, “Barselona”nın baş məşqçi postuna namizədlər arasında Paolo Qalbiyati və Yannis Sferopulosun da adları hallanırdı.
Maraqlıdır ki, “Dubai” klubu Sekuliçi əvəzləmək üçün “Barselona”nın sabiq baş məşqçisi Xavyer Paskualın namizədliyini nəzərdən keçirir. Paskual İspaniya klubundan ayrılarkən bunu konkret münaqişə ilə deyil, klubdaxili iş prinsipləri ilə baxışlarının üst-üstə düşməməsi ilə əlaqələndirmişdi.
