İtaliyanın “Roma” klubu futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumt yayıb.

32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ildən “Roma”da çıxış edən argentinalı oyunçu 140 oyuna 45 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: