“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsində “Vestri” ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi Bakıdakı ilk oyununda İslandiya kollektivini 3:0 hesabıyla üstələmişdi. Ağdam klubu bu uğurun davamını gətirməyə çalışacaq.

Cavab görüşünü çexiyalı hakimlər idarə edəcəklər. Matçın baş hakimi Marek Radina olacaq.

“Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

16 iyul

00:00. Vestri – Qarabağ
Baş hakim: Marek Radina (Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.

Shares: