Portuqaliyanın “Kasa Pia” klubunun futbolçusu Joao Qulart yenidən “Qarabağ”ın maraq dairəsinə düşüb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ağdam klubu apreldə gündəmə gətirdiyi mərkəz müdafiəçisinə yenə “elçi düşüb”. Lakin bu dəfə Azərbaycan klubunun işi çətin olacaq. Çünki 26 yaşlı oyunçunu “Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın ÇSKA-sı (Sofiya) da istəyir. Həmçinin bir neçə İsrail klubu da Qulartın durumunu izləyir.
“Kasa Pia” rəhbərliyi müdafiəçisini saxlaya bilməyəcəyini başa düşür. Bu üzdən klub kapitanını 2 milyon avro qarşılığında satmağa razılıq verib.
Müqavilə müddətinin sonuna bir il qalan futbolçu ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib. “Sportinq”in yetirməsi olan Joao Qulart Portuqaliyanın U-18 yığmasının formasını geyinib.
