“Neftçi” bu gün Konfrans Liqasında ilk oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu mərhələdə Belarusun “Dinamo” (Minsk) komandası ilə mübarizə aparacaq.

Bakıda keçiriləcək ilk oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matça saat 20:00-da start veriləcək.

“Neftçi” şansı səfər oyununa saxlamamaq üçün bu gün rəqibini fərqli hesabla yenməlidir. Əks halda səfər oyununda “ağ-qaralar”ın işi daha da çətinləşə bilər.

Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu

22 iyul

20:00. Neftçi – Dinamo (Minsk)
Baş hakim: Konstantinos Fellas (Kipr).
“Palms Sports Arena”.

Shares: