“Neftçi” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”sunu qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər Azərbaycan təmsilçisini cütün favoriti hesab edirlər.
Lakin bakılılar heç də Belarus klubundan ikiqat güclü sayılmır. Bakıdakı ilk matçda sönük mübarizənin olacağı güman edilir. Hətta əksəriyyət bugünkü qarşılaşmada qol vurulmama ehtimalına üstünlük verib. “Neftçi”nin ən yaxşı halda 1:0 hesablı qələbə qazanması proqnozlaşdırılır. Bu isə ekspertlərin “Dinamo”nun mərhələ adlamaq ehtimalının heç də az olmadığı qənaətinə gəldiyi anlamını verir.
“Palms Sports Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
