Növbəti mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparması gözlənilən “Kəpəz” heyətini gücləndirmək niyyətindədir.

Futbolinfo.az saytının məlumatına görə, Gəncə klubu yeni legioner transfer etməyə hazırlaşır.

Elita təmsilçisi hücum xəttini nigeriyalı Benito ilə gücləndirmək istəyir. Son olaraq Kiprin “Akritas” klubunda çıxış edən 27 yaşlı vinger hazırda azad agent statusu daşıyır. “Kəpəz” onunla danışıqları, demək olar ki, yekunlaşdırmaq üzrədir. Kiyev “Dinamo”sunun sabiq üzvünün tezliklə keçidinin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Benito Nigeriyanın U-23 yığmasında çıxış edib.

Shares: