Portuqaliyanın “Braqa” klubu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkatmasının nəticəsindən razıdır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi Liqa yolunda işlərinin asan olacağını düşünür.

Belə ki, 2-ci raundda Serbiya klubu “Jelezniçar”la qarşılaşacaq “Braqa” Pançevo təmsilçisini üstələsə, növbəti mərhələdə “Neftçi” – “Dinamo” (Minsk) cütünün qalibinə rəqib olacaq.

Portuqaliya mətbuatı hətta “Braqa”nı indidən pley-offda görür: “Nə indiki rəqib, nə də potensial rəqiblər “Braqa” səviyyəsinə yaxın deyil. Bu üzdən püşkün nəticəsindən gileylənmək olmaz. Hətta demək olar ki, bu, ən gözəl püşkdür”.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları iyulun 22-də və 30-da keçiriləcək.

Shares: