İspaniyalı tennisçi Karlos Alkaras son bir ildə reklam müqavilələrindən əldə etdiyi gəlirə görə dünya tennisçiləri arasında ilk pillədə qərarlaşıb.

“Sportico” nəşrinin 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək olan dövrü əhatə edən hesabatına əsasən, Alkaras reklam müqavilələrindən 44 milyon dollar gəlir əldə edib.

İlk “üçlük”də Alkarasla yanaşı iki amerikalı tennisçi də yer alıb. Siyahıda ikinci pillədə 40 milyon dollar gəlirlə Serena Uilyams, üçüncü yerdə isə 35 milyon dollarla Koko Qauff qərarlaşıb.

Son bir ildə reklam müqavilələrindən ən çox gəlir əldə edən tennisçilərin ilk onluğu belədir:

  1. Karlos Alkaras – 44 milyon dollar
  2. Serena Uilyams – 40 milyon dollar
  3. Koko Qauff – 35 milyon dollar
  4. Yannik Sinner – 30 milyon dollar
  5. Çjen Tsinven – 24 milyon dollar
  6. Arina Sabalenka – 22 milyon dollar
  7. Novak Cokoviç – 21 milyon dollar
  8. İqa Şvöntek – 14 milyon dollar
  9. Aleksandr Zverev – 6 milyon dollar
  10. Yelena Rıbakina – 5 milyon dollar
Shares: