UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan KuPS Finlandiya çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda 17-ci turda öz meydanında VPS ilə qarşılaşıb.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Moreno, Eqvall və Luyey-Lutumba vurublar.

Hazırda KuPS 36 xalla turnir cədvəlinə başçılıq edir.

“Sabah” bu komanda ilə iyulun 28-də səfərdə üz-üzə gələcək. İlk matçda Azərbaycan klubu 1:0 hesabı ilə qalib gəlib.

Shares: