“Hazırda nələri etməli olduğumuz barədə danışmaq çətindir. Onlara qarşı iki oyun keçirdik və hər iki matçda qol buraxmadıq. Bunu da nəzərə almalıyıq. Əgər qol vura bilmirsənsə, penaltilər seriyası artıq 50-nin 50-yə şans deməkdir. Bu dəfə onlar qalib gəldilər”. Bu sözləri “Qarabağ”ın müdafiəçisi Bence Varkoni söyləyib.

Komandanın yeni legioneri ÇSKA-nı məğlub edə bilməmələrini unutmağın lazım gəldiyini bildirib: “İndi bütün diqqətimizi Konfrans Liqasına yönəltməliyik. Əsas məqsədimiz turnirin liqa mərhələsinə vəsiqə qazanmaqdır”.

Stopper növbəti rəqib haqda da danışıb: “Növbəti rəqibimiz Kiyev “Dinamo”sudur. Hələlik rəqibi tam təhlil etməmişik. Onların oyunlarını izləyəcəyik və sonra necə komanda olduqlarını daha yaxşı dəyərləndirəcəyik. Hazırda “Dinamo”nun nə dərəcədə güclü olduğunu dəqiq deyə bilmərəm. Ancaq bundan sonra bütün diqqətimizi həmin matça yönəldəcəyik. Rəqibə hörmətlə yanaşırıq, amma məqsədimiz mərhələni adlayan tərəf olmaqdır”.

Shares: