“Əlbəttə, çox məyusuq. Düşünürəm ki, ümumilikdə onlardan daha yaxşı komanda idik. Rəqibin də ciddi qol epizodları olmadı. Sadəcə, özümüz qol vurmalı idik. Futbolun bir hissəsi də budur”. Bu sözləri Cebrail Makreçkis deyib.

“Qarabağ”ın cinah müdafiəçisi ÇSKA-ya məğlubiyyət barədə danışıb: “Bir qədər bəxtimiz gətirmədi, amma artıq bunu dəyişə bilmərik. Futbolda belə hallar olur”.

Legioner Avropa Liqası ilə vidalaşmalarına baxmayaraq həvəsdən düşmür: “İndi isə qarşımızda böyük bir fürsət var. Məqsədimiz Konfrans Liqasının liqa mərhələsinə yüksəlmək, daha sonra isə mümkün qədər irəli gedərək yarımfinala, hətta finala qədər çatmaqdır. Bu, bizim üçün yeni bir mərhələdir və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Shares: