Dünya reytinqinin lideri Arina Sabalenka Kanadanın Toronto şəhərində keçirilən WTA-1000 turnirində dördüncü mərhələyə yüksəlib.
Belaruslu tennisçi 1/16 finalda çinli Janq Şuay üzərində 6:3, 6:4 hesablı qələbə qazanıb. Bununla da Sabalenka bu mövsüm sərt örtükdə keçirdiyi 26-cı oyununun 25-də qalib gəlib. O, yeganə məğlubiyyətini Avstraliya Açıq çempionatının finalında Elena Rybakina qarşısında alıb.
Sabalenka həmçinin 2026-cı ildə sərt örtükdə 25 qələbəyə ən tez çatan tennisçi olub və bu göstəricidə 2016-cı ildən bəri ilk dəfə Serena Uilyamsın nəticəsini təkrarlayıb.
Sabalenka növbəti mərhələdə rusiyalı Yekaterina Aleksandrova ilə qarşılaşacaq.
