Məşhur menecer Əli Əbdül-Əziz Donald Trampın rusiyalı sabiq UFC döyüşçüsü Həbib Nurməhəmmədovu sevimli döyüşçülərindən biri hesab etdiyini söyləyib.
O, ABŞ prezidenti ilə söhbətini xatırlayıb: “Prezident Tramp iki döyüşçünü digərlərindən daha çox sevir: Castin Qeyci və Həbibi. Donald Həbibin ən böyük fanatıdır. Mən ondan Həbibi niyə bu qədər sevdiyini soruşanda mənə Nurməhəmmədovun adını öz kitabıma daxil etdiyini söylədi”.
Xatırladaq ki, Həbib Nurməhəmmədov UFC-nin Şöhrət Zalının üzvüdür. Rusiyalı peşəkar səviyyədə 29 döyüş keçirib və heç birində məğlub olmayıb.
