“Red Bull”un ehtiyat pilotu Yuki Tsunoda karyerasını 2027-ci ildən ABŞ-nin “IndyCar” seriyasında davam etdirə bilər. Yaponiyalı yarış iştirakçısı “Meyer Shank Racing” komandası ilə 2027-ci il mövsümündə iştirakla bağlı danışıqlar aparır.

Tsunoda “Honda” mühərrikli 66 nömrəli bolidi idarə etməyə əsas namizəddir. Hazırda həmin avtomobili idarə edən Markus Armstronq gələn mövsüm Feliks Rozenkvistin ayrılmasından sonra komandanın 60 nömrəli maşınına keçəcək.

26 yaşlı Tsunoda 2021-ci ildə Formula 1-də debüt edib, 111 Qran-pridə iştirak edib. Onun ən yaxşı nəticəsi həmin mövsüm Abu-Dabi Qran-prisində dördüncü yeri tutması olub.

Shares: