Misir millisinin baş məşqçisi Hossam Hassan ailə münaqişəsi zamanı xəsarət alıb.
60 yaşlı mütəxəssis həyat yoldaşı ilə birlikdə Misirin şimal sahilindəki kurortda istirahət edərkən ilk həyat yoldaşı və övladları ilə qarşılaşıb. Tərəflər arasında başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hadisə zamanı qadınların bir-birini döydüyü və saçlarından dartdığı bildirilib.
Hassan münaqişəni ayırmağa çalışarkən huşunu itirib və tibbi yardım üçün xəstəxanaya aparılıb. Hadisənin təfərrüatları ilə bağlı tərəflərin versiyaları fərqlidir. Hər iki tərəf qarşı tərəfin hücuma başladığını iddia edir. Sonradan ailələr arasında barışıq əldə olunub və qarşılıqlı şikayətlərdən imtina edilib.
Bəzi mənbələr Hassanın huşunu davadakı zərbə nəticəsində deyil, yaranmış gərginlik və stress səbəbindən itirdiyini yazır.
