Avropa Voleybol Konfederasiyası (CEV) avqustun 21-28-i aralığında Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, hakimlər briqadası 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən ibarətdir:

Qoren Roy (İsrail) – Baş hakim (hakimlərin fəaliyyətini qiymətləndirəcək)

Vladimir Çvetkoviç (Serbiya) – Challenge (Çelenc) hakimi

Erdal Akıncı (Türkiyə) – Hakim

Helena Persson (İsveç) – Hakim

Mikele Brunelli (İtaliya) – Hakim

Bartlomey Adamçık (Polşa) – Hakim

Dominik Bieqaylo (Böyük Britaniya) – Hakim

CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar.

Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupu qarşılaşmalarını idarə etməyəcəklər.

Qeyd edək ki, C qrupunun bütün oyunlarında Challenge (Çelenc) sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərindən istifadə edilməyəcək. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstərib.

Shares: