“Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi Karlos Alkaras “US Open” turnirində iştirak edəcək.
ATP reytinqdə 2-ci pillənin sahibi olan ispaniyalı tennisçi sağ biləyindəki zədəsini artıq sağaldıb.
Qeyd edək ki, Karlos aprelin 14-dən heç bir turnirdə iştirak etmirdi. O, bu müddət ərzində Madrid, Roma, Monreal və Sinsinnati turnirlərini, həmçinin “Rolan Qarros” və Uimbldonu buraxıb.
Alkaras ötən il məhz “US Open”in finalında Yannik Sinneri məğlub edərək “Dəbilqə” yarışının qalibi olmuşdu.
