AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri müəyyənləşib
Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:

U-15 – Aleksandr Qross
U-16 – Famil Xəlilov
U-17 – Emin Mustafayev
U-18 – Mahmud Qurbanov
U-19 – Elgiz Kərəmli

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Maraqlıdır ki, son günədək Aleksandr Qrossun U-14-ə, Rail Məlikovun U-15-ə baş məşqçi təyin olunacağı gözlənilirdi. Amma AFFA Qrossu U-15-ə baş məşqçi olmağa layiq bilib, Məlikovun adı isə siyahıya salınmayıb. U-16-nın Famil Xəlilova tapşırılması daha bir sürprizdir.

Shares: