“Neftçi”nin sabiq futbolçusu Keysuke Hondanın yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu Sinqapura yollanıb.

Yaponiya millisinin keçmiş kapitanı əsas liqada çıxış edən “Yuronq”la anlaşıb. Klub Honda ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Keysuke Honda 2021-ci ilin martından iyuluna kimi “Neftçi”nin formasını geyinib və bu müddətdə 7 oyunda 2 qol vurub.

Shares: