“Qarabağ” yaxşı imkanlar yaradacaq. Çünki “Tvente” hesabda geridə olduğu üçün hücuma atılmağa məcburdur. Bu da Ağdam təmsilçisi üçün meydanda daha çox boş sahənin yaranmasına şərait yaradacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias deyib.
Sabiq futbolçu Konfrans Liqasının pley-off mərhələsindəki ilk qarşılaşmada “Qarabağ”ın nümayiş etdirdiyi oyunu da dəyərləndirib. O, xüsusilə ilk hissədə Ağdam klubunun rəqibdən üstün olduğunu vurğulayıb: “Məncə, ilk hissədə “Qarabağ” çox yaxşı təsir bağışladı. “Tvente” ilə müqayisədə daha çox topa sahib oldular, daha çox hücum cəhdi etdilər və oyun keyfiyyəti baxımından rəqibdən üstün idilər. İkinci hissənin əvvəlində isə komanda daha stabil çıxış etdi və Kadi ilə hesabı açdı. Nəticədə 1:0 hesablı qələbə qazandı”.
Danilo cavab görüşündə “Qarabağ”ın əsas diqqəti oyun intizamına və konsentrasiyaya yönəltməli olduğunu qeyd edib. O, Ağdam təmsilçisinin müdafiəyə həddindən artıq çəkilməsinin düzgün strategiya olmayacağını düşünür: “Qarabağ” bu qarşılaşmada daha diqqətli olmalı və konsentrasiyanı heç vaxt itirməməlidir. Mən həqiqətən düşünürəm ki, “Qarabağ” “Tvente”dən daha güclü komandadır. Topa nəzarət etməli, dəqiq ötürmələrdən istifadə etməli və yalnız müdafiəyə çəkilməməlidir. Niderlandda nümayiş etdirdiyimiz futbolu bu dəfə də göstərməliyik”.
GÜNAY SÜLEYMANOVA
