Benito Mussolininin nəticəsi Romano Benito Floriani Mussolini “Latsio”nun heyətində debüt edib. O, bunu ulu babasının təxminən 100 il əvvəl əsasını qoyduğu stadionda edib.
Floriani Mussolini icarə müddətlərindən sonra doğma klubuna qayıdıb və ilk dəfə əsas komandada meydana çıxıb. O, “Bolonya” ilə oyunun 19-cu dəqiqəsində zədələnən Adam Maruşiçi əvəzləyib. Üç dəqiqə sonra isə Floriani Mussolini sarı vərəqə alıb.
Onun debüt etdiyi stadionun tikintisinin təməli 1926-cı il oktyabrın 31-də qoyulub. Benito Mussolini həmin vaxt atla tikinti sahəsinə gələrək gələcək stadionun ilk daşını qoyub.
