Qadın voleybolçular arasında 2026-cı il Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
A qrupunda Almaniya Macarıstanı 3:0, Polşa isə Sloveniyanı 3:0 hesabı ilə məğlub edib. Bu qrupda turnir cədvəlinə Türkiyə və Polşa 9 xalla başçılıq edir, Almaniya 6, Sloveniya 3, Macarıstan və Latviya isə 0 xala malikdir.
B qrupunda Yunanıstan Avstriyanı 3:1, Çexiya isə Ukraynanı 3:1 hesabı ilə üstələyib. Burada Serbiya və Çexiya 9 xalla ilk iki pilləni bölüşür, Yunanıstan 8, Ukrayna 4, Bolqarıstan 3, Avstriya isə 0 xalla qərarlaşıb.
Bakıda keçirilən C qrupunda Belçika Rumıniyanı 3:0, Niderland isə İspaniyanı 3:0 hesabı ilə məğlub edib. Bizim qrupda millimizlə yanaşı Niderland və Belçika yığmaları 8 xalla ilk üç pillədə yer alır, Rumıniya 2, İspaniya 1, Portuqaliya isə 0 xala sahibdir.
D qrupunda İtaliya Slovakiyanı 3:0, İsveç isə Xorvatiyanı 3:2 hesabı ilə məğlub edib. Burada İtaliya 12 xalla liderdir, Fransa 9, İsveç 7, Xorvatiya 3, Slovakiya 2 xal toplayıb. Monteneqronun isə hələ də xalı yoxdur.
