Daha bir braziliyalı futbolçu vətənə qayıdıb. “Yuventus”dan ayrılan Artur “Santos”da oynamağa qərar verib.

30 yaşlı yarımmüdafiəçi Braziliya klubuna azad agent kimi qoşulub. Turinlilərin müqavilə müddətini uzatmaq istəmədiyi oyunçu bu ilin sonunadək müqavilə bağlayıb.

“Qremio” yetirməsini 2018-ci ildə 31 milyon avroya “Barselona”ya satmışdı. İki il sonra “Yuventus”un 80 milyon avro ödəyərək aldığı yarımmüdafiəçi ümidi doğrultmamış, müxtəlif vaxtlarda “Liverpul”, “Fiorentina”, “Jirona” və “Qremio”da icarədə olmuşdu.

Shares: