Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova milli karyerasını başa vurub. Bu haqda Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Təcrübəli hücumçu yığmadakı son oyununu Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib. Oyundan sonra Azərbaycan Voleybol Federasiyası adından Rəhimovaya uzun illər ərzində millimizə, ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gül buketi təqdim olunub.

Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaucan voleybol yığmasının üzvü idi.

Shares: