“US Open”də qadınların yarışında ilk mərhələnin oyunları başa çatıb.
“Dəbilqə” seriyalı turnirlərin 2 qat qalibi Yelena Rıbakina amerikalı Ti Frodinlə qarşılaşıb. Reytinqdə 2-ci pillədə qərarlaşan qazaxıstanlı tennisçi ciddi müqavimətlə üzləşməyib. O, ilk setdə 6:3 hesabı ilə qalib gəlib. Fasilədən sonra Yelenanın işi daha asan olub. Bu dəfə 6:2 hesabı qeydə alınıb. Görüş ərzində Rıbakina 6 breyk imkanı qazanıb və bunların 3-dən yararlanıb.
Frodinin həmyerlisi Medison Kiz isə mübarizəni davam etdirir. ABŞ təmsilçisi 1/64 finalda rusiyalı Alina Korneyevaya 7:5 və 6:4 hesabları ilə qalib gəlib. 1 saat 15 dəqiqə davam edən götüşdə 6 reallaşan breyk Kizə qələbə qazandırıb. Yeri gəlmişkən, Medison son 10 ildə “Dəbilqə” yarışlarında ən azı 10 qələbə qazanaraq Elina Svitolina ilə İqa Şvöntekin nəticəsini təkrarlayıb.
Bu mövsüm “Rolan Qarros” turninin qalibi olan Mirra Andreyeva da ilk mərhələni uğurla adlayıb. Rusiyalı idmançı indoneziyalı tennisçi Caniçe Çinin öhdəsindən asanlıqla gəlib. 1 saat 9 dəqiqə davam edən qarşılaşmada hər iki set 6:2 hesabı ilə Andreyavanın xeyrinə başa çatıb. Maraqlıdır ki, Mirra bu görüşdə 4 breyk imkanı əldə edib və heç birini boşa verməyib.
