Digər idman növləri

Basketbolçu qəzada həlak oldu

f483830a d640 439b ba50 c1cd5cd4b0a6 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Evansvill Universitetinin qadın basketbolçusu Jordan Skott sentyabrın 6-na keçən gecə ABŞ-nin İndiana ştatında avtomobil qəzasında həlak olub.

Polisin məlumatına görə, 19 yaşlı idmançı avtomobildə tək olub. Maşın kəskin döngədə yoldan çıxaraq dirəyə çırpılıb və meşəlik ərazidə aşıb. Basketbolçu hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yol şəraiti səbəb olub.

Skott Evansvill Universitetinə bir neçə həftə əvvəl Uobeş-Velli kollecindən keçmişdi. O, əvvəlki mövsümdə 27 oyunda iştirak edib və 26 matçda start heyətində yer alıb.

Jordan yeni mövsümdə komandada basketbolçu olan kiçik bacısı Jaydenlə birlikdə oynamalı idi. Skott regionun ən güclü basketbolçularından biri hesab olunurdu və bir sıra fərdi mükafatlara layiq görülmüşdü.

Shares: