Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Atalanta” doğma meydanda “Yuventus”la qarşılaşıb. Son İtaliya çempionu səfərdə minimal hesabla üstün olub.

Yarımfinalın digər oyununda “Milan” evdə “Latsio” ilə münasibətlərini ayırd edib. Lakin bu komandalar ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Ona görə hər şey Romada keçiriləcək cavab qarşılaşmasında müəyyənləşəcək.

Bu komandalar arasındakı cavab qarşılaşmaları fevralın 28-də keçiriləcək.

İtaliya Kuboku
Yarımfinalın ilk oyunları

30 yanvar

Atalanta – Yuventus 0:1

31 yanvar

Milan – Latsio 0:0

Shares: