İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xerardo Martino La Liqanın son turu çərçivəsində keçirilmiş “Real”la oyunda komandasının qapısına təyin olunmayan penaltidən danışıb. Futbolinfo.az xəbər verir ki, “El Klasiko”da 2:1 hesabıyla qalib gələn kataloniyalıların argentinalı çalışdırıcısı bunları söyləyib:
“Hakim doğrudan da səhvə yol verdi. Lakin matç artıq oynanılıb. “Barselona” ilk hissədə daha yaxşı oynadı. "Real" isə ikinci hissənin ilk 25 dəqiqəsində və görüşün sonluğunda daha üstün təsir bağışladı. Madrid klubunun futbolçularının etirazını anlayıram. Onların buna haqları da var. Lakin hakimi də günahlandıra bilmərəm. O, sadəcə səhvə yol verdi, vəssalam”.
Shares: