“Barselona” İspaniya La Liqasının 29-cu turunda “Espanyol”u məğlub edib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi Lionel Messi üçün əlamətdar olub. 

Belə ki, argentinalı hücumçu “Barselona” formasıyla La Liqadakı qələbə sayını 334-ə çatdırıb.

Messi bu göstəriciylə “Real”ın sabiq qolkiperi İker Kasilyasın rekordunu yeniləyib. Hər iki futbolçu La Liqada 334 dəfə qələbəyə sevinib.

Shares: