Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun əksər oyunları son günə təsadüf edib.
29-cu turun maraqla gözlənilən qarşılaşması Milan şəhərində keçirilib. “İnter” öz meydanında “Latsio”nu qəbul edib və minimal hesabla məğlub olub.
Turun mərkəzi görüşü isə Romada baş tutub. Turnir cədvəlində ikinci sırada qərarlaşan “Napoli” “Roma” səfərinə yollanıb. Beş qolun qeydə alındığı qarşılaşmada Neapol təmsilçisi darmadağına sevinib.
İtaliya A Seriyası
29-cu tur
29 mart
Kyevo – Kalyari 0:3
Qol: Pizakane, 16. Pedro, 33. İonita, 43.
30 mart
Udineze – Cenoa 2:0
Qol: Okaka, 4. Mandraqa, 61.
Yuventus – Empoli 1:0
Qol: M.Ken, 72.
Sampdoriya – Milan 1:0
Qol: Defrel, 1.
31 mart
Parma – Atalanta 1:3
Qol: Jervinyo, 8 – Paşaliç, 24. Sapata, 75; 90.
Roma – Napoli 1:4
Qol: Perotti, 45-pen – Milik, 2. Mertens, 50. Verdi, 54. Yunes, 81.
Fiorentina – Torino 1:1
Qol: Simeone, 7 – Bazelli, 34.
Frozinone – SPAL 0:1
Qol: Vikari, 13.
Bolonya – Sassuolo 2:1
Qol: Pulqar, 58-pen. Destro, 90 – Boqa, 90.
İnter – Latsio 0:1
Qol: Milinkoviç-Saviç, 13.