Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, sabah saat 19:00-da start götürəcək qarşılaşma “Dalğa Arena” keçiriləcək.
Qarşılaşmanı Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edəcək.
Azərbaycanın əsas millisini xorvatiyalı Nikola Yurçeviç, U-21-i isə serbiyalı Milan Obradoviç çalışdırır.






