Futbol üzrə Sloveniya kubokunun qalibi məlum olub.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə “Olimpiya” və “Maribor” klubları qarşılaşıb.
Qarşılaşma “Olimpiya”nın 2:1 hesablı qələbəsiylə bitib. Bununla da, Lyublyana təmsilçisi ardıcıl 2-ci dəfə ölkə kubokunun sahibi olub.






