Dünya futbolu
Avroliqada 1/4 final və yarımfinalın püşkü atılır
Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Futbolinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə final oyununun nominal meydan sahibləri də müəyyənləşəcək.
Koronavirus pandemiyası ilə əlaqədar 1/8 final mərhələsinin cavab oyunları keçirilmədiyindən komandalar püşkatmaya cütlüklər şəklində qatılacaqlar.
Qarılaşmalar Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq.
1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Almaniyanın Köln şəhərində baş tutacaq.
Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan “Xetafe” (İspaniya) – “İnter” (İtaliya) və “Roma” (İtaliya) – “Sevilya” (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.
“Başakşəhər” (Türkiyə) / “Kopenhagen” (Danimarka) cütünün qalibi (İlk oyun – 1:0)
“Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi (İlk oyun – 1:1)
“Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi (İlk oyun – 1:3)
“Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi (İlk oyun – 1:2)
“İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi
“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi
“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi (İlk oyun – 0:3)
LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi (İlk oyun – 0:5)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”